Ukraynada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Prezident Vladimir Zelenskidən sülh danışıqları öncəsində atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Orban bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.
Macarıstanın Baş naziri Zelenski ilə yanaşı, bir sıra yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.