"Ordu qəbiristanlığı yaradılsın" - Deputatdan təklif

"Ordu qəbiristanlığı yaradılsın" - Deputatdan təklif
SOSİAL
12:53 19.12.2017
1078
Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.

Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.

OXŞAR XƏBƏRLƏR