Ordubadda qarın hündürlüyü 25 sm-ə çatıb

Ordubadda qarın hündürlüyü 25 sm-ə çatıb
SOSİAL
10:09 27.12.2025
91
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.

AZXEBER.COM "Report"un yerli bürosuna istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR