Ordumuz düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edir

Ordumuz düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edir
SİYASƏT
12:30 27.09.2020
5862

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir",- Müdafiə Nazirliyindən bildirilib.

OXŞAR XƏBƏRLƏR