Orhan Gencebayın oğlunun toyuna getməməsinin səbəbi bilindi

Orhan Gencebayın oğlunun toyuna getməməsinin səbəbi bilindi
MAQAZİN
11:54 15.11.2024
281
Türkiyə arabesk musiqisinin unudulmaz ismi Orhan Gencebayın oğlu Altan Gencebay ilk dəfə atasının onun 2 ay əvvəl keçirilən toyuna gəlməməsindən danışıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, toydan sonra atasının zəng edərək onu təbrik etdiyini deyib.
 
Gencebay atasının toyda iştirak etməməsini ailəvi məsələrlə əlaqələndirib:
 
"Atamın toyumuza gəlməməsi ailə məsələsi idi, bunun arxasındakı səbəb bizə aiddir. Yoxsa hər bir insan özəl günündə ana və atasının iştirakını istəyər. İnsanlar çox şey dedilər, yazdılar, çəkdilər, amma əsl səbəbi bilmirlər. biz o şərhlərə sadəcə gülürük".
 
Aysel

OXŞAR XƏBƏRLƏR