"Oriflame Azərbaycan" – 20 illik tarixi olan uğur

İQTİSADİYYAT
11:00 29.10.2018
6142

 

1967-ci ildə İsveçdə Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət olan "Oriflame"-i yaratdılar.

Şirkətin yaranmasının 50, Azərbaycanda fəaliyyətinin isə 20-ci ildönümü Bakıda da qeyd edildi.

AZXEBER.COM xəbər verir ki, 26 oktyabr Fairmont oteldə, "Oriflame" şirkətinin Azərbaycanda fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən "Oriflame" şirkətinin nümayəndələri 20 il ərzində əldə etdikləri uğur və nəaliyyətlərdən bəhs etdilər.
 

 


Şirkətin 60-dan çox ölkədə fəaliyyət göstərdiyini və dünya üzrə 3 milyon işçisi olduğunu deyən "Oriflame"in Azərbaycan regionu üzrə direktoru Kemal Kaya uğurlarının daha da artacağına ümid etdiyini vurğuladı:” "Oriflame" ilə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satışın gücü dünya bazarlarında artır. 60-dan çox ölkədə sifarişlər online olaraq həyata keçirilir ki, bu da həm müştəri, həm də alıcı məmnuniyyətinə hesablanmış haldır. Bu da insanlara şəxsi biznesini qurub,pul qazanmaq imkanı yaradır. "Bu gün qazan və sabah arzularını həyata keçir” bizim biznes konseptimizdir”.
 

 

 


Birlik, Ruh və Ehtiras – "Oriflame"in möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.
 
Mətbuat konfransında iştirak edən "İsveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil" şirkətin uğurları ilə qürür duyduğunu vuğulayıb.
 
"10 milyon əhalisi olan bir ölkənin Oriflame kosmetika şirkəti kimi böyük bir şirkətin vətəni olması qürurvericidir. Onu da qeyd edim ki, İsveç təkcə kosmetika deyil, İkea, Eletrolux, HM kimi böyük şirkətlərin vətənidir”. Qürurla onu deyə bilərik ki, şirkətin yarandığı gündən bu günə qədər bizimlə çalışan məsləhtçilərimiz var. Bizim məhsullar bir çox mükafatlara layiq görülüb. Son olaraq isə "The one” dodaq boyası Cosmopolitan mükafatına layiq görülüb.Bu da bizim uğurumuzun əsas göstəricilərindəndir ”.
 
"Oriflame" haqqında

"Oriflame Azərbaycan" şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.
 
Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində "Oriflame -Azərbaycan" da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.
 

Bütün bu illər ərzində "Oriflame"-ə inanan insanlar, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.
 
2018-ci il "Orifleym" şirkəti üçün əlamətdar bir tarixdir: şirkət 20 illik yubileyini qeyd edir.
 

 


Bu il "Oriflame" şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.

Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.
20 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!



OXŞAR XƏBƏRLƏR