"Oriflame Azərbaycan" 20 yaşını qeyd edir - FOTOLAR

"Oriflame Azərbaycan" 20 yaşını qeyd edir - FOTOLAR
SOSİAL
11:00 21.11.2018
4336
"Oriflame" şirkəti bu il Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir

AZXEBER.COM xəbər verir ki, özünün zəngin tarixi boyu isveç brendi dünya üzrə insanların gözəllik arzularını, keyfiyyətli həyat və şəxsi uğur istəklərini həyata keçirməyə kömək edərək gözəllik aşiqi olan insanlardan ibarət cəmiyyətlər yaradıb.
 

 


Şirkət Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini 16 noyabrda şəhərimizin ən dəbli konsert zallarının birində "20 il Sizinlə” adlı möhtəşəm tədbirlə qeyd etdi. Tədbir pre-party ilə başladı, uğurlu spikerlərin motivasiya dolu çıxışları, təltiflər, maraqlı şou proqram isə bu günü xüsusilə yaddaqalan etdi.

Tədbiri Qafqaz ölkələri üzrə Vitse Prezident və Rəhbər, "Orifleym-Azərbaycan"ın Baş Direktoru Kemal Kaya açıq elan etdi.
 

 


O, şirkət tarixinin bir parçası olduğu üçün qürür duyduğunu vurğuladı: "Zəngin Oriflame tarixinin bir parçası olduğum üçün inanılmaz dərəcədə qürur duyuram! Bu illər əzində biz bütün dünya üzrə böyük həmfikirlər cəmiyyəti yaratmağa nail olmuş, bu mərhələyə birlikdə çatmışıq. İndi özümüzü heç vaxt olmadığımız qədər güclü və möhkəm hiss edirik.
 

 

Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimiz "Oriflame"lə əməkdaşlıq edən məsləhətçilər vasitəsilə müştərilərə çatdırılır. Bizim sifarişlərin 90 faizi onlayn şəkildə həyata keçirilir. Şirkətimiz gözəlliyə bir həyat tərzi kimi yanaşan, pul qazanmağa və öz ambisiyalarını həyata keçirməyə can atan insanlar üçün biznes-imkanlar təklif edir.
 

 


Əminəm ki, qarşıda bizi hələ bir çox qələbə və nailiyyətlər gözləyir, tərafdaşlarımızla birgə biz yeni-yeni zirvələr fəth edəcək, istehlakçılarımızı isə qabaqcıl məhsullar və "Oriflame"in maraqlı layihələri ilə yaxşı mənada təəccübləndirəcəyik”.
 

 


Daha sonra "Oriflame” şirkətinin məsləhətçiləri öz uğur hekayələrini gələn qonaqlarla bölüşdü. Yeni məsləhətçilər şirkət nümayəndələri tərfindən hər kəsə təqdim edildi və onlara fəaliyyətlərində uğurlar arzulandı.
 

 

DJ Kənan drums və tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Əməkdar artisti Miri Yusif öz konsert proqramı ilə after-partidə "Oriflame"-çiləri təbrik edərək, sevilən mahnılarını onlarla birgə ifa etdi.
 

 


Şirkət haqqında məlumat

"Oriflame" – əsası 1967-ci ildə qoyulan, bu gün dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq kosmetika şirkətidir. Oriflame təklif etdiyi təbii və qabaqcıl isveç kosmetik vasitələrinin geniş çeşidini 1,5 milyard avroya yaxın illik satış həcmini təmin edən 3 milyon azad məsləhətçinin köməyi ilə birbaşa satış üsulu ilə yayır.
 
"Oriflame" gözəlliyə bir həyat tərzi kimi yanaşan, pul qazanmağa və öz ambisiyalarını həyata keçirməyə can atan insanlar üçün biznes-imkanlar təklif edir. Şirkət inanır ki, gözəllik həm insanın necə göründüyünün, həm də özünün necə hiss etdiyinin vacib olduğu həyat tərzinin əksidir. "Oriflame"in fəaliyyətinin əsas prinsipini insanlar və təbiətə hörmət təşkil edir ki, bu da şirkətin sosial və ekoloji siyasətində öz əksini tapır.
 
"Oriflame" dünya üzrə bir neçə xeyriyyə layihələrində iştirak edir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir.
 
Şirkətin aksiyaları OMX Nordic Exchange fond birjasında qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR