Orta Doğu Texniki Universitetinin rektoru BDU-da oldu

GƏNCLİK
19:17 24.06.2011
2054

BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, və əsasən də Türkiyə universitetləri ilə münasibətlərdən bəhs edib. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığına xüsusi əhəmiyyət verməsini, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyünü xüsusilə qeyd edib. Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Əhməd Açar BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb.

O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub və yüksək təəssüratla ayrılıb.

OXŞAR XƏBƏRLƏR