Orta məktəbə hücum edən dindarlardan 3 nəfər həbs olundu

Orta məktəbə hücum edən dindarlardan 3 nəfər həbs olundu
16:07 26.12.2010
1930

Bu barədə APA-ya saxlanılan şəxslərdən Hacıqulu Həşimovun oğlu Rəşad Həşimov məlumat verib. O bildirib ki, atası Hacı Hacıqulu Həşimov, Hacı Azər Sərcanov və Məşədi Yusif Əlikram oğlu dekabrın 25-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlardan hər birinə 10 sutka həbs cəzası verilib.

 

OXŞAR XƏBƏRLƏR