Oruc Zalov təqaüdə göndərilib, daxili işlər nazirinə yeni müavin təyin olunub

Oruc Zalov təqaüdə göndərilib, daxili işlər nazirinə yeni müavin təyin olunub
SOSİAL
12:32 17.12.2022
305

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "report”a bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, general xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov isə Oruc Zalovun yerinə təyinat alıb.

 


OXŞAR XƏBƏRLƏR