Bruney sultanı Hassanal Bolkiax ölkədə şəriət hökmlərinə əsaslanan yeni cinayət qanunvericiliyinin tətbiq edildiyini elan edib.
AZXEBER.COM-un məlumatına görə, “The Daily Telegraph” yazır ki, altı aydan sonra qüvvəyə minəcək yeni cəzalar arasında zinaya görə daş-qalaq edilmə, oğurluğa görə əllərin kəsilməsi və abort, yaxud spirtli içkidən istifadə kimi qanun pozuntularına görə şallaqlanma yer alacaq. Şəriət hökmləri ölkənin 70 faizini təşkil edən müsəlmanlara aid olacaq. Qeyri-müsəlman əhali öz problemlərini əvvəlki kimi mülki məhkəmədə həll edəcək. Hüquq-müdafiəçiləri sultanın qərarını pisləyiblər.