Oğruya görünməmiş cəza - FOTO

SOSİAL
19:42 27.03.2016
2277
ABŞ məhkəməsi cinayətkara görünməmiş cəza verib. 
Hakimlər oğurluqda ittiham olunan şəxsi qeyri-adı üsulla cəzalandırıb.
Hadisə Ohoyo şataında baş verib. Qreq Davenport adlı adam ötən ilin dekabrında "Wal-Mart" mağazasından 52 ekran televizior oğurlayıb. Məhkəmədə cinayəti sübuta yetirilən 44 yaşlı oğrunun qarşısına iki seçim qoyulub: ya 30 gün həbsxanada yatmalı, ya da 10 gün boynunda üzərinə "Mən bir oğruyam. "Wal-Mart"dan oğurluq etdim" yazılmış pankartla gündə 8 saat yollarda dolaşmalıdır.
İkinci cəzanı qəbul edən Davenport "Bu vəziyyətdə gəzmək həbsxana hücrəsində yatmaqdan daha yaxşıdır. Həm də mən buna layiqəm. Çünki oğurluq etmişəm" deyib. (qaynar.info)

OXŞAR XƏBƏRLƏR