Orxan Gəncəbayın vəziyyəti qəfildən pisləşdi

MAQAZİN
12:40 25.05.2012
2197
Türkiyənin tanınmış müğənnisi Orxan Gəncəbayın vəziyyəti qəfildən pisləşib. “Milliyet” qəzetinin verdiyi məlumata görə, Ədirnə şəhərindən əmisi arvadının yasından qayıdan müğənninin qan təzyiqi çoxalıb. Qeyd edək ki, həyat yoldaşı qan təzyiqini normallaşdıra bilmədiyi üçün müğənni oğlu Altan Gəncəbay tərəfindən xəstəxanaya çatdırılıb. Həkim nəzarətinə götürülən Orxan Gəncəbayın qan təzyiqi aşağı düşürülüb. Hazırda müğənninin vəziyyətinin stabil olduğu və evdə istirahət etdiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR