Meyxanaçı Orxan Lökbatanlı mahnılarını ifa edən həmkarlarından danışıb.
AZXEBER.COM xəbər verir ki, o, belə sənətçilərə qadağa qoymaqdığını deyib.
Lökbatanlı həmkarlarından mahnılarını ifa edərkən dəyişiklik etməmələrini xahiş edib:
"Mənim mahnılarımı oxuyanlara heç vaxt deməmişəm ki, məndən icazə alın. Qonaq olduğum hər verilişdə bunu bildirirəm ki, hansı sənətçinin, xanəndənin xoşuna gəlsə mahnılarımı götürüb oxuya bilər. Bu mənim üçün sadəcə şərəf ola bilər. Sadaəcə xahiş edirəm ki, sözlərə toxunmasınlar, dəyişməsinlər. Amma hər zaman məndən icazə alınıb. Saymamzlıq etmək olmaz".
Aysel