İspaniyanın "Osasuna" klubunun baş məşqçisi Luis Migel Ramis postunu tərk edib.
Bu barədə Pamplona təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar.
Qeyd edək ki, "Osasuna" İspaniya çempionatında keçirdiyi son 5 matçda 4 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. Komanda bu müddətdə 4 qol vurub, qapısında isə 17 top görüb. Komanda La Liqada 8 turdan sonra 8 xalla 16-cı pillədə qərarlaşıb.











































