Osimhen dünya nəhənglərinin hədəfində

İDMAN
15:51 17.02.2025
191
Mövsümün əvvəlində İtaliya təmsilçisi "Napoli"dən 1 illik icarəyə götürülən Viktor Osimhen transfer bazarında gündəm olmaqda davam edir.
 
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, sarı-qırmızılı komanda Osimhenin transfer haqqını əldə etmək üçün böyük səylər göstərir, lakin ulduz futbolçu üçün Avropa nəhəngləri də addım atır.

Fransa nəhəngi PSJ və Premyer Liqa təmsilçisi "Mançester Yunayted" Viktor Osimhenə transfer təklifi göndərib.
 
Hər iki klub Osimhenin sərbəst qalma qiymətini ödəməyə hazırdır.

Qeyd edək ki, ötən gün İtaliya mətbuatında çıxan xəbərlərdə "Qalatasaray”ın Osimhen üçün 60 milyon avroluq təklif etdiyi yazılmışdı.
 
"Napoli" nigeriyalı hücumçunun sərbəst qalma məbləğini 75 milyon avro olaraq açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR