"Napoli"dən "Qalatasaray"a icarəyə verilən Viktor Osimhen bu mövsüm vurduğu qollar və məhsuldar ötürmələri ilə komandanın ən önəmli adlarından birinə çevrilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nigeriyalı ulduz futbolçu "Qalatasaray"da qalmaq üçün illik 15 milyon avro maaş və 4 illik müqavilə istəyir.
"Napoli"nin futbolçu üçün tələb etdiyi 67 milyon avroluq transfer qiyməti özlüyündə böyük problem olsa da, Osimhenin maaş gözləntiləri də "Qalatasaray" rəhbərliyini çətin vəziyyətə salıb.
Osimhenin baha olması səbəbindən "Qalatasaray" rəhbərliyi futbolçunun komandada qalmasını mümkün görmür.
Mətbuatda yer alan xəbərə görə, bu şərtlər altında ulduz futbolçu mövsümün sonunda mütləq yollarını ayıracaq.
Gülay