"Qalatasaray”ın və Nigeriya yığmasının ulduz fubolçusu Ruanda ilə matçda zədələnib.
AZXEBER.COM xəbər verir ki, Osimhenin zədəsi ilə bağlı ilk açıqlama verilib.
Nigeriya yığmasının baş məşqçisi Erik Çelle zədə ilə bağlı deyib:
"Osimhen topuğunda ağrı hiss edib. Sabah onu yoxlayacağıq, zədəsinin nə qədər ciddi olacağını biləcəyik”.
Qeyd edək ki, Osimhen 75 milyon avroya "Napoli”dən "Qalatasaray”a transfer olunub.