Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ

Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
İDMAN
11:57 02.06.2025
263
"Qalatasaray"ın komandada saxlamaq istədiyi Viktor Osimhenin yeni müqavilə tələbləri diqqət çəkib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Napoli"dən icarəyə götürülən və mövsümə damğasını vuran nigeriyalı hücumçunun qırmızı-sarı komandadan 5 illik müqavilə və illik 20 milyon avro maaş tələb etdiyi iddia edilib.

Hasan Şaş açıqlamasında 26 yaşlı hücumçunun "Qalatasaray"dan 5 illik müqavilə və illik 20 milyon avro maaş istədiyini təsdiqləyib.

Bununla yanaşı "Qalatasaray" Osimheni transfer haqqı ilə heyətinə qatmaq üçün "Napoli"yə 75 milyon avro ödəməlidir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR