"Oskar" mükafatı qazanan ssenarist 86 yaşlı David Seidler Yeni Zelandiyada balıq tutarkən dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, kədərli xəbəri onun meneceri Cef Aqassi açıqlayıb.
Aqassi açıqlamasında deyib:
"David son nəfəsini dünyada ən çox sevdiyi yerdə - Yeni Zelandiyada ən çox sevdiyi işi görərək verdi”.
Qeyd edək ki, 1937-ci ilin iyulunda Londonda anadan olan Seidler həm Britaniya, həm də ABŞ vətəndaşı olub.
Xatırladaq ki, David 2010-cu ildə "Kralın nitqi" filminin ssenarisi ilə 2011-ci ildə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Oskar"ı qazanıb.
Oksana