‘Oskar’ mükafatlı rejissor ‘28 Cinema’da - FOTOLAR

MƏDƏNİYYƏT
18:41 21.02.2014
1527

Dünən “28 Cinema”da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Rus film həftəsihaqda mətbuat konfransı keçirilib. AZXEBER.COM-un məlumatına görə “Mosfilm”in 90 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində reallaşan konfransa Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “Oskar” mükafatı laureatı, Rusiyanın xalq artisti Vladimir Menşov və başqaları qatılıb. Bakıda böyüdüyünü və yenidən burada olduğu üçün böyük şərəf hissi keçirdiyini söyləyən xalq artisti Bakının onun üçün çox doğma, insanlarının isə əziz olduğunu vurğulayıb. “Mosfilm” kinostudiyasını Bakıda təmsil etməkdən məmnunluğunu ifadə edən V.Menşov sözügedən müəssisənin kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyini və peşəkar mütəxəssislərin köməyi ilə maraqlı filmlər istehsal etdiklərini deyib. O, həmçinin “Mosfilm”in Avropada ən yaxşı kinostudiya olduğunu vurğulayaraq gələcəkdə daha böyük layihələrə imza atacaqlarınıbildirib.

OXŞAR XƏBƏRLƏR