Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ

Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ
DÜNYA
11:53 08.03.2026
155
Bazar gününə keçən gecə Norveçin paytaxtı Osloda ABŞ səfirliyinin binası yaxınlığında partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Norveçin NRK dövlət yayım korporasiyası məlumat yayıb.

"Gecə təxminən saat 1 radələrində atəş səsləri ilə bağlı bir neçə məlumat aldıq. Kifayət qədər tez hadisə yerinə gəldik və daha sonra ABŞ səfirliyi yaxınlığında partlayışın baş verdiyini müəyyən etdik", - deyə polis əməliyyatlarının rəhbəri Maykl Dellemir bildirib.

Partlayış səfirliyin ictimai girişi yaxınlığında baş verib. Binaya cüzi ziyan dəyib, insanlar xəsarət almayıblar.

"Nəyin partladığı, zədələnmənin növü və s. ilə bağlı heç nəyi şərh etməyəcəyik, çünki istintaq yeni başlayıb", - deyə Dellemir bildirib.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR