Kambocanın Poipet şəhərində oteldə baş verən yanğında azı 10 nəfər həlak olub.
AZXEBER.COM xəbər verir ki, 30 nəfər tüstüdən zəhərlənərək və ya pəncərədən tullanaraq xəsarət alıb.
Kambocanın Tailand sərhəddində, Banteay Meanchey əyalətinin Poipet şəhərində Grand Diamond City otelində yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərildikdən sonra oteldə sıxışan işçilər üçün xilasetmə işlərinə başlanılıb.
Səlahiyyətlilər yanğında ilkin təsbitlərə görə azı 10 nəfərin öldüyünü, 30 nəfərin isə tüstüdən zəhərlənərək və ya pəncərədən atılaraq yaralandığını bildirib. Sosial mediada yayılan görüntülərdə oteldə qapalı qalanların pəncərədən atılmağa çalışdıqları görülüb.
Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mikayıl