Otellərə lisenziyalar verildi

İQTİSADİYYAT
17:45 14.10.2013
1636
Mədəniyyət və Turizm Nazirliyi lisenziyalar verib. 
AZXEBER.COM-un nazirliyin saytına istinadla verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ilin sentyabr ayı ərzində hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin 05.09.2013-cü il tarixli, 426 nömrəli əmrinə əsasən "Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziyaların) fəaliyyəti dayandırılıb.Eyni zamanda nazirliyin 05.09.2013-cü il tarixli, 417 nömrəli əmrinə əsasən "Sultanbud" Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.

OXŞAR XƏBƏRLƏR