Otellərə ulduz verilməsi qaydalarında yeni meyarlar - VİDEO

Otellərə ulduz verilməsi qaydalarında yeni meyarlar - VİDEO
SOSİAL
00:44 29.06.2026
235
Azərbaycanda hotellərə ulduz verilməsi qaydası dəyişib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin Kollegiyası "Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"nı təsdiqləyib. Qərara əsasən, mehmanxana yalnız müvafiq ulduz dərəcəsi üzrə bütün məcburi meyarlara cavab verdikdə və dərəcə üçün müəyyən edilmiş minimal bal topladıqda həmin kateqoriyaya uyğun hesab olunacaq.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hotellərin ulduz kateqoriyasının qiymətləndirilməsi hər il mütəmadi olaraq yenilənməlidir.

Onun sözlərinə görə, bu il yüksək keyfiyyətli xidmət göstərən hotel növbəti il eyni xidmət səviyyəsini qorumaya bilər. Ekspert hesab edir ki, yeni meyarların tətbiqi turist axınının artmasına, qonaqların hotellərdən daha məmnun ayrılmasına şərait yaradacaq. Bu isə öz növbəsində məmnun turistlərin eyni hoteli yenidən seçməsinə və ölkənin turizm imicinin güclənməsinə töhfə verəcək:

Minimal bal tələbi və üstünlük dərəcəsi üzrə müəyyən edilmiş bal göstəriciləri isə bütün ulduz kateqoriyaları üzrə əvvəlki kimi saxlanılıb.

OXŞAR XƏBƏRLƏR