Oturacaq sayından çox sərnişin daşıyan sürücülər cərimələndi - FOTO

Oturacaq sayından çox sərnişin daşıyan sürücülər cərimələndi - FOTO
SOSİAL
17:22 08.05.2020
1403
Qubada karantin rejimi ilə bağlı nəzarət tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq qeyd ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib və oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər də görülür.

Bundan əlavə, polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayırlar.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR