Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar SÜRƏTLƏNDİRİLDİ

Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar SÜRƏTLƏNDİRİLDİ
SOSİAL
12:41 06.06.2019
7057
Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.
OXŞAR XƏBƏRLƏR