Oğurluq edən şəxsdən qəribə açıqlama: 'Qurdumu öldürürdüm'
MAQAZİN
09:58 12.03.2013
2006
Paytaxt sakini Nadirov Əli Habil oğlunun avtomobillərə olan həvəsi onu cinayətə sövq edib. Belə ki, 23 yaşlı Əli Nadirov özünün təbirincə desək, avtomaşınlara olan qurdunu öldürmək üçün paytaxın Binəqədi rayonu ərazisindən 2 avtomobil qaçırıb. İlk əvvəl “VAZ 2103” maraklı avtomobili qaçıran Əli, bir müddət rayon ərazisində həmin maşınla dolaşdıqdan sonra ondan qurtulmaq məqsədi ilə yol kənarında ataraq qaçıb. Maşınsız qalan Əli yenidən həvəsə gələrək eyni əməli torədib. Amma bu dəfə çoxda uzağa gedə bilməyən Əli Nadirov Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.