Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
16:53 19.03.2026
232
Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub.
 
Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR