SƏNAN ƏLLƏZZaman bizi barmağına dolayır, ya biz zamanı bilmirəm, amma tək bildiyim gənclər olaraq təkərə düşmüşük. Özümüzü gənc hesab edirik, ancaq Gənclik metro stansiyasndan o tərəfə çıxa bilmirik. Bu günkü yazım gənclik yaşlarıma dəlalət edir daha doğrusu həddi-buluğa çatdığım yaşlara. Amma söz verirəm ki, uşaqlıq vaxtlarıma xüsusən də nənəmin duzlu məzəli əhvalatlarına yenə qayıdacam. Nənəm demişkən o, bu yazıda da olacaq. İl 2005 və mən Outlandishli həyatıma bir az qadağalar qoymuşam, çünki universitetə hazırlaşram. Qara günlərim başlayıb qardaş. Evdən verilən pulu azaldıblar ki, ancaq dərsə,hazırılığa və evə marşrutu ilə hərəkət edim. Nənəm pensiya kartını əlimdən alıb ki, qanının qaynıyan vaxtıdı adaxlıbazlığa gedərsən.Elə bil dünya çempionatının finalına hazırlaşıram.Atam televizorumuzun elektrik kabelini arxadan kəsib ki, uşağın fikri yayınar. Atama görə də fizika üzrə Nobel mükafatına hazırlaşıram. Anam isə hər səhər bal,qaymaq,yumurta yedizdirir ki, zehnim qüvvətlənsin. Hətta çiy yumurta da içirdir. Anama görə də La-Skala operasına hazırlaşram. Mən isə nə dünya çempionatına, nə Nobel mükafatına, nə də La-Skalaya hazırlaşırdım. Sadəcə olaraq qonşudan qalma dala prinsipini əsas götürüb xalqın kişiləri kimi universitetə hazırlaşırdım.Amma hiss edirdim ki, şorgözləşirəm.N ənəm də hər dəfə dəlinin ağlına daş salaraq deyirdi ki, ay oğul bax ha pis arvadlara qoşularsan. Bu pis arvadlar nə olan şeydi xəbərim yox idi.17 yaşlı gəncə maraqlı gəldi və hazırlğın daşını atdım başladım pis arvadları axtarmağa .Bu vaxtlarda Outlandishin lirik bir Callin”U mahnısı çıxmışdı. Bu mahnıya qulaq asdıqca tanımadığım pis arvadları xatırlayırdım, nənəm pis arvadlar dedikcə bu mahnı yadıma düşürdü. Öz-özümə söz vermişdim ki, tanıdığım ilk pis arvada bu mahnını oxuyacam. Bakı qazan mən çömçə bu pis arvadları axtarırdım. Nə biləydim ki, onların yığışdığı xüsusi pis məkanlar var. Sınaq imtahanlarında nəticələrim bərbad olurdu, çünki oxumurdum. Fikrim-zikrim 17 yaşımda Callin”U-ya qulaq asıb pis arvad axtarmaq idi. Öz xəyallarımda Cennifer Lopezə oxşar, selikon sinəli(o vaxt ancaq xaricilərdə idi), bəzi yerləri sığortalı Cey-Lolar təsəvvür edirdim. Nağıllar aləmində yaşayırdım kaş ki, ayılmazdım.Amma məndən yaşca böyük qohumlarım məni ayıltdılar özü də təpikləyərək.
Bir dəfə peşman olub soruşdum ki, adaxlıbazlıq üçün yanlarına gedilən pis arvadları(nənəmin sözü idi) harda görə bilərəm?Əvvəl mənə doyunca gülüşdülər sonra isə hə bu da kişi olmaq istəyir deyərək sabah saat 6da bizi gözlə dedilər.Saat 4dən 6ya qədər riyaziyyat hazırlığında necə oturduğumu bilmədim ki,Cenniferə oxşayan pis arvadlarla qarşılaşacam.Saat 6da məni riyaziyyat hazırlığından götürüb indi bu yazını yazdığım bağa gətirdilər.2005-ci ilin fevral ayı idi.Bizdən sonra bağa o biri qohumumun maşınında 3 pis arvad gəldi. Onlar maşından düşəndə ilk şoku yaşadım.20-25 yaşında gözəl 3 qız.
-A kişilər bəs pis arvad?-Sən deyənlərdi narahat olma.Əlimdə riyaziyyat test bankı,100 vərəqli ümumi dəftər donub yerimdə qalmışdım.Vaxt itirmədən qızların birinə bu sənlikdi dedilər. Mələk üzlü biri idi və çox da məsum baxışları vardı. Uşaq kimi əlimdən tutmaq istədi. Əlimi çəkdim və əlimdəki test bankla dəftər yerə düşdü. Əyilib mənə kömək etmək istəyəndə hiss etdim ki, riyaziyyat sözünü görüb dayandı başın qaldıranda göz-gözə gəlmişdik.İnanın səmimiyyətimə gözləri yaşarmışdı.İçəri keçib birlikdə ikinci mərtəbəyə qalxdıq.Otağa keçəndə sənin adın nədir deyə soruşdum. Nigar cavabını verdi. Mən də gülümsəyərək Koroğlunun Nigarı dedim. Bu cür ünnsiyyət xoşuna gəlmişdi. İkinci sualı o verdi.-Riyaziyyat oxuyursan?-Hə.Hazırlaşram amma triqonometriya zibili başa düşmürəm dedim.Riyaziyyatdan hazırlaşanlar bilər məhz yanvar-fevral aylarında triqonometriya deyilən bir baş bəlası ilə qarşılaşırsan. Koroğlunun Nigarı sadə dillə 15 dəqiqəyə yaxın triqonometrik anlayışları mənə 1 misal üzərində başa saldı.İnandırım ki, ayda köhnə pulla 150.000 manat verdiyim müəllimdən daha yaxşı başa salmışdı.Və sonda mənə dedi ki, 2 ildi bitirmişəm universiteti hələ biliklərim təzə-tərdi lap bədənim kimi.Bu sözdən sonra bəsdi çox vaxt itirdik başlayaq,bilirsən qadası mənim hər dəqiqəm puldu dedi.Tüklərim biz-biz olmuşdu.Ayağa qalxdım gödəkcəmi geyinib bilirsən Koroğlunun Nigarı bilirəm biz yatmalıyıq hətta sən buna görə pul da almısan, amma mən müəllimimlə yata bilmərəm sən mənə triqonometriyadan 15 dəqiqədə olsa dərs demisən.Amma sənə Outlandishin Callin”U mahnısını oxuyacam dedim və 1 bənd mızıldandım.Qalxdı mənə tərəf gəldi, boynumu qucaqladı və üzümdən öpdü. Təşəkkür etmə dedim.Sən buna layiqsən.Sən pis arvad deyilsən Koroğlunun Nigarı.Zamandı pis arvad, zamandı fahişə, zamandı alçaq. Sən sadəcə mələksən və bütün mələklərdən fərqli olaraq riyaziyyatı bilirsən. Otaqdan çıxanda dedim ki, sənə ömrüm boyu xəyalımda zəng edəcəm Koroğlunun Nigarı. Bu gün 24 yaşımda da xəyalən Koroğlunun Nigarına zəng edirəm...ARDI VAR