Outlandish və mən (KÖŞƏ)

Outlandish və mən (KÖŞƏ)
KÖŞƏ
00:11 22.12.2011
3325

Yəqin hamınız Outlandish qrupunu tanıyırsız..Outlandish mən sizin musiqinizlə böyüdüm..Şükürlər olsun ki, sizi tanıdım.Amma sizi tanımağım 1 az qəribədir və bu gün 24 yaşımda hiss edirəm ki, həyatımda hər şey planlanıb mən sadəcə planlı ssenarini oynamışam..

Gələk 1998-ci ilin yay fəslinə. .Şıx çimərliyi, 11 yaşlı qarabala dəniz qırağında uzun saçlarını üzünə töküb Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərini oxuyur..Balaca şahzadənin də 11 yaşı var..Ona bir nəfər qaradərili qız yaxınlaşır 15-20 yaş ondan böyük və əlindəki kasseti ona uzadır. Üzərinə yazılıb Outlandish. Və əli ilə kassetin üstündəki 3 nəfəri işərə edir..3-ü də qarabaladı..Sonra əli ilə qarabalanın saçını oynadır və üzündən öpüb ikinci bir hədiyyəni ona uzadır..Göy rəngli sinəsində xoruz, kürəyində Zidane10 yazılmış futbolka..Heç bir xarici dil bilməyən 11 yaşlı qarabala yazını yazıldığı kimi Zidane(Zidan) oxuyur və qara dərili qıza ağ dişlərini ağardır..Bu adını bilmədiyim qaradərili fransız qızın rolu çox böyükdü həyatımda. Məni ilk dəfə Fransa ilə tanış etdi. Fransanı sevdim..Paytaxının Paris olduğunu bildim Eyfeli sevdim.. Kassetə qulaq asdım fransız qrupu olan Outlandishi sevdim.Futbolkanı geyindim Fransa yığmasının oyununu sevdim..Lion klubunun azarkeşi oldum..Zidanı,Trezegeni,Sisseni sevdim..Bu qaradərili fransız 11 yaşlı qarabalanı Fransa 98 dünya çempionatında Fransanın çempionluğundan 15 gün qabaq Zidane10 geyinərək küçələrdə gəzən ilk azərbaycanlı etdi.

Amma dilini başa düşməmişdim çünki o vaxt heç bir xarici dil bilmirdim..Heç indi də bilmirəm..Amma fransız dili öyrənəcəm.Çünki bu Fransa əhvalatının son düyünü 1 ay olar ki, açıldı..24 yaşımda 13 il əvvəl başıma gələn əhvalatın son nöqtəsi 1 ay əvvəl qoyuldu..Mən fransız dili oxuyan bir qıza aşıq oldum. O dili necə sevdiyini gördüm və mən də öyrənməliyəm dedim. Özü bilmir burdan səslənirəm mənə fransız dili öyrədərsən? Yəqin öyrədər..Çünki, mən onu çox sevirəm. Qaradərili fransızın yarımçıq qoyduğu Fransa sevgisini öz sevgim həll etdi.. Amma mən 11 yaşımda dənizə gedəndə səni sevmək üçün gedirdim əzizim..Çünki oxumaq üçün götürdüyüm kitab da bir fransızın əsəri idi... ARDI VAR

Sənan ƏLLƏZ

OXŞAR XƏBƏRLƏR