Oğuz Aydın “Qalatasaray”da yeganə yerli namizəddir

İDMAN
13:33 14.06.2024
126
2024-2025 mövsümündən etibarən Super Liqada əcnəbilərin sayı 14-dən 12-yə endirildiyi üçün  "Qalatasaray" Avropa liqalarında çıxış edən türk futbolçulara diqqət yetirir.

AZXEBER.COM xəbər verir ki, "Qalatasaray" "Alanyaspor"dan Oğuz Aydını almaq üçün ciddi cəhdlər edir. 

"Alanyaspor"un 23 yaşlı cinah oyunçusu üçün təxminən 6 milyon avroluq transfer tələb etdiyi öyrənilib. 

Bunun müqabilində "Qalatasaray"ın bu futbolçu üçün 4 milyon avro ödəyə bildiyi qeyd edilib.

Ötən mövsüm "Alanyaspor”da 38 matçda forma geyinən 23 yaşlı Oğuz Aydın 13 qol vurub, 8 məhsuldar ötürmə edib.

Məryəm

OXŞAR XƏBƏRLƏR