Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.
Hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.
O, aldığı xəsarətlərdən komaya düşərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
///report