Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı
SOSİAL
22:09 21.03.2026
148
Oğuz rayonunda ailə münaqişəsi zəminində xəsarətlə nəticələnən hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.

Belə ki, 68 yaşlı Zakir Məmmədov münaqişə zamanı oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR