Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb
SOSİAL
17:11 30.10.2019
4223
Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR