Oğuzda azyaşlı yelləncəyə dolanıb öldü

Oğuzda azyaşlı yelləncəyə dolanıb öldü
SOSİAL
00:34 23.07.2024
174
Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

"Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.

Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR