Oğuzda qadın sürücünün törətdiyi qəzada xəsarət alanların kimliyi məlum olub.
Qəza nəticəsində xəsarət alanlar "KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Türkan Akif qızı Həsənli və sərnişin, 1989-cu il təvəllüdlü Emin Zakir oğlu Arzumanlıdır.
Yaralıların hər ikisi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "99-BG-907” dövlət qeydiyyat nişanlı "KİA” markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
///Report