Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub, 6 nəfər xəsarət alıb

Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub, 6 nəfər xəsarət alıb
SOSİAL
22:43 20.12.2025
145
Oğuzda mikroavtobusun qəzaya uğraması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Rayonun Sincan kəndində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı habelə daha 6 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

/report
OXŞAR XƏBƏRLƏR