Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü

Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada öldü
SOSİAL
23:53 03.08.2024
218
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR