Oğuzda yol qəzası baş verib, xəsarət alanların kimliyi məlum olub

Oğuzda yol qəzası baş verib, xəsarət alanların kimliyi məlum olub
SOSİAL
17:06 08.09.2024
157
Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi "VAZ-2107" və Turan Lətifovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes"də olan sərnişinlər xəsarət alıb.

Hazırda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR