Oğuzda yol qəzasında ər-arvad yaralandı - Vəziyyətləri ağırdır

Oğuzda yol qəzasında ər-arvad yaralandı - Vəziyyətləri ağırdır
SOSİAL
10:31 21.01.2019
2885
Oğuzda ağır yol qəzası baş verib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayon ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Oğuz rayon Kərimli kənd sakinləri- 1956-cı il təvəllüdlü Mahmudov Alxas Mahmud oğlu və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mahmudova Malikə Abdulhüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyəti ağır olduğundan onlar sonradan Şəki şəhər mərkəzi xəstəxanasına göndərilib.

Faktla  bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR