Oğuzhan Koç Demet Özdemiri aldadıb? - Aktrisadan AÇIQLAMA

Oğuzhan Koç Demet Özdemiri aldadıb? - Aktrisadan AÇIQLAMA
MAQAZİN
12:12 20.04.2023
297
Müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemir cütlüyü son bir neçə gündə 8 aylıq evliliklərini bitirdiklərini açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Demet Özdemir bu iddialarla bağlı açıqlama verib.
   
Hər iki ad ayrılmaq qərarını sosial media hesablarında açıqlayıb.
 
Cütlüyün ayrılıq qərarı üzərinə "Aldatma varmı?” sualı beyinləri çaşdırıb.
 
Demet Özdemir ayrılıq qərarlarının aldatma ilə bağlı olmadığını bildirib.

Özdemir, "Belə şeylərin olacağını bilirdim. Yalnız bizimlə bağlı xüsusi iddialar yoxdur. Bunlar üzücü xəbərlərdir, real deyil. Mübahisəsiz boşanma olacaq. Aldatma iddiaları doğru deyil", - deyib.
 
Qeyd edək ki, müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemir 2022-ci ilin avqustunda evləniblər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR