Çovdarov məhkəmədə son sözünü deyəcək

Çovdarov məhkəmədə son sözünü deyəcək
SOSİAL
16:25 20.09.2017
709
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Günün ikinci yarısı davam edən prosesdə Akif Çovdarovun vəkilləri Sadiq Rəsulov, Kamandar Nəsibov və Şahin Rəfiyev çıxış edib. 
Məhkəmə təqsirləndirilən şəxslərin son sözünü gələn prosesə saxlayıb. Məhkəmə senytabrın 27-də davam edəcək. Həmin gün general Akif Çovdarov son sözlə çıxış edəcək. 
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR