Çovdarovun evindən nələr çıxdı: 3 dəyənək, 3 ədəd 1 dollarlıq...

Çovdarovun evindən nələr çıxdı: 3 dəyənək, 3 ədəd 1 dollarlıq...
SOSİAL
22:58 17.10.2016
14958
2005-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu. Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun "sağ əli" və "kassiri" sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında həbs olundu. Və MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq əşyayi-dəlillər götürülüb.

Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış, yoxsa?...

Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, "vurucu-əzici xassəyə malik soyuq silahdır", təyinatı üzrə istifadəyə yararlıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki, Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb.

Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.

İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı, Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.

Beləliklə, məlum olur ki, Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...
///Virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb