Çovdarovun işinə baxan hakimin oğlunun öldüyü qəza - Təfərrüatlar

Çovdarovun işinə baxan hakimin oğlunun öldüyü qəza - Təfərrüatlar
SOSİAL
14:32 29.11.2016
19945
 
Ləğv edilən MTN-in generalı Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı təqsirləndirilən 29 yaşlı Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs R.Kərimov deyib ki, vəkillərdən biri Adil Ağayev prosesdə olmadığı üçün məhkəmənin keçirilməsinə etiraz edir. Hakim qeyd edib ki, əgər vəkillərdən biri prosesdə iştirak edirsə işə baxıla bilər.

Sonra şahid qismində Nəsimi rayon Mühafizə xidmətinin əməkdaşı, polis nəfəri Şakir Quliyev ifadə verib. O, ifadəsində bildirib ki, hadisə olan yerlə arasında təxminən 200 metr məsafə vardı:

"Birdən səs gəldi. Tüstü qalxdı. Hadisə yerinə getdim. Ucaboy bir oğlan vardı. Ondan nə baş verdiyini soruşdum. Əli ilə qəza baş verdiyini göstərdi. Maşına baxanda içində heç kim yox idi. Maşının qabaq hissəsindən Raufu dartıb çıxardıq. Təcili yardıma zəng elədim, Raufun ayaqları qırıldığını və daxili qanaxması olduğunu dedim. Tez maşını akumyatordan ayırdım. Hadisə yerinə yol polisi gəldi. Rəhim Kərimov hadisəni törətdiyini bildirdi və sənədlərini polisə təqdim etdi. R. Kərimov yuxulu kimi idi. Təcili yardım hardasa 10-12 dəqiqəyə gəldi. Uşağın vəziyyəti ağır idi. Onu xəstəxanaya aparandan sonra çıxıb getdim".

Şahid prokurorun və vəkillərin suallarına cavab olaraq bildirib ki, yolda hərəkət edən hər hansı maşının sürətli keçdiyini görməyib: " Prosesdə şahid qismində Rauf Şükürov dindirildi. O, bildirib ki, təqsirləndirilən Rəhim Kərimovla uşaqlıqdan dostluq edib:

"Hadisə günü günorta vaxtı görüşdük. İkimiz idik, sonra Nərimanov metrosunun yaxınlığında olan Nəqliyyat Nazirliyində işləyən Muxtarı işdən götürdük və sonra Musa bizə qoşuldu. Musanın Biləcəridə işi vardı. Kiminsə ona borcu olduğunu dedi. O, işi həll elədilər. Orda "razborka" filan olmayıb. Musa tək gedib pulunu götürdü. Sora Muxtarı aparıb Balaxanıda evə qoyduq. Sonra üçümüz yenidən şəhərə gəzişirdik. Gecə idi, yuxulu idim. Gözlərimi bağlamışdım. Qabaqda mən oturmuşdum, arxada Musa. Bir anlıq Musa qışqırdı, mən ayılandan sonra gördüm ki, hadisə baş verdi. Şoka düşdüm. Əlim ayağım qurudu. Maşından düşdüm. Musa uşağı yerdə qucaqlamışdı. Rəhimin də əli sınmışdı. Vəziyyət çox ağır idi. Rəhimi taksi ilə yola saldıq".

Vəkil Orxan Əhmədov şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu dedi: "Biz tələb edirik ki onun ifadəsi sübutlar siyahısından çıxarılsın".

Zərərçəkmiş şəxsin nümayəndəsi İradə Cavadova təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədovun istiqamət verici suallar verməsi ilə bağlı irad bildirib. Vəkillər arasında mübahisə yaranıb. Məhkəmədə dekabrın 6-a qədər fasilə elan edib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. Qeyd edək ki, 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. Elbəy Allahverdiyev Gəncə Ağır Cinayətlərin hakimi olub. Ondan sonra Tərtər Hərbi Məhkəməsinə təyinat alıb. Məhz 2016-cı ildə Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinə göndərilib. Onu da qeyd edək ki, təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi olub.

///Lent.az-
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi