Günün ikinci yarısında davam edən proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Vəkil bildirib ki, fasilədən sonda Cahangir Alışovun epizodu üzrə dindirmələr davam edib.
Alışov ifadəsini başa vurub. Bundan sonra vəkillərin suallarını cavablandırıb. Bu zaman onun istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında bəzi ziddiyyətlər olub.
Bundan sonra epizod üzrə bir neçə şahid ifadə verib. Onlar istintaqa verdikləri ifadələri təsdiq ediblər.
Məhkəmənin gedişatı zamanı Çovdarovun səhhətində problemlər yaranıb. O, məhkəmədə iştirak edə bilmədiyini deyib. Hakim Həbib Həsənov bunu nəzərə alaraq bugünkü prosesi 30 dəqiqə tez başa vurub.
Məhkəmə prosesi fevralın 22-də davam edəcək.