‘Çox cüzi azlıq indiki şəraitdə 'müxalifət' deyilən dairələrin ətrafındadır’ - Mübariz Qurbanlı

‘Çox cüzi azlıq indiki şəraitdə
SİYASƏT
14:48 27.05.2013
1594

Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur.

 Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib: "Hansı ad altında istəyirlərsə birləşsinlər. Bu, bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan Milli Şura kimi təqdim edilməsi yolverilməzdir və qətiyyən anlaşılan deyil".

Qurbanlı qeyd edib ki, əgər Milli Şura adı altında siyasi təşkilat yaradırlarsa, buyursunlar: "Mən dəfələrlə demişəm, bu, bizi narahat etmir. Bizim üçün əhəmiyyəti yoxdur ki, müxalifət bunun adını "milli şura" qoyacaq, "milli birlik" qoyacaq, "milli hərəkat" qoyacaq, çünki ötən illər ərzində müxalifətin onlarca ad altında birlik yaratdığını, dəbdəbəli ad altında birləşdiyini, guya bu ad altında hansısa uğur qazanacağı barədə cəmiyyətə mesajlar verdiyini görmüşük və eşitmişik. Hardadır "Demkonqres", hardadır "demokratik qüvvələr birliyi", hardadır digər o böyük adlar altında birliklərini nümayiş etdirdikləri qurumlar? Yoxdur, olmayacaq. Hamısı müvəqqətidir. Bir az mətbuatda görünəcək, sonra isə tamamilə iflasa uğrayacaqlar".

Qurbanlı vurğulayıb ki, bunun kökünü hələ də müxalifətdə olanlar dərk edə bilmirlər, başa düşmürlər ki, bunların uğursuzluğunun səbəbi xalqın böyük əksəriyyətinin President İlham Əliyevə dəstək verməsidir, hakimiyyətə dəstək verməsidir və xalqın mütləq əksəriyyətinin müxalifətin yanında dayanmamasıdır: "Çox cüzi azlıq indiki şəraitdə "müxalifət" deyilən dairələrin ətrafındadır və bu cüzi azlığın özünün də içərisində müxtəlif maraqlar var. Milli Şura adı altında toplaşanlar həmin o müxalifətin zamanında yaratdığı müxtəlif qurumların nümayəndələri olacaqlar və bu adamların bir araya gəlməsi Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir göstərməyəcək və onların bu adı xüsusi istismar etməsi də onlara dividend gətirməyəcək. Yəni tarixdə olmuş Milli Şuranın adı altında tarixi istismar etmək, tarixi adı istismar etmək heç bir nəticə verməyəcək".

Qurbanlı deyib ki, bütün bunları nəzərə alaraq, hakimiyyət Milli Şuranın yaradılmasından qətiyyən narahat deyil: "Biz narahat deyilik, bizim gələcəklə bağlı, bütövlükdə seçkilərlə bağlı, ictimai-siyasi proseslərlə bağlı, ictimai rəylə bağlı apardığımız araşdırmalar nəticəsində əlimizdə kifayət qədər dəlillər, sübutlar, əsaslar var və biz bilirik ki, həmin Milli Şura deyilən qurum elan olunduqdan sonra da onun hansısa bir formada cəmiyyətə təsiri olmayacaq. Hətta müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə, bu, nəyisə dəyişməyəcək".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist