Araşdırmalara görə, həddindən çox və mütəmadi makiyaj etmək psixoloji problemlərin xəbərçisi ola bilər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də müxtəlif yaş qrupu qadınları arasında makiyaj vərdişləri ilə bağlı araşdırma aparılıb.
Bu yolla makiyaj etmək ehtiyacı ilə müəyyən psixoloji xüsusiyyətlər arasında mümkün əlaqələr araşdırılıb.
İlkin nəticələrdın aydın olub ki, makiyaj bir-birinə zidd olan iki funksiyanı, yəni "kamuflyaj” və "cazibədarlığı” dəstəkləyə bilər. Onların psixoloji profillərinə gəlincə, nəticələr göstərdi ki, "kamuflyaj” və "cazibədarlıq" sinfində olan qadınlar daha sosial, iddialı və ünsiyyətcil olurlar.
Qrimlə "özünü aldatma” sinfində olan qadınlar isə özgüvənsiz və emosional cəhətdən qeyri-sabitdirlər.
Nəticədə üzə həddindən artıq rəngli makiyaj məhsullarının tətbiqini sevən xanımların əsaən psixoloji problemli olduğu qənətinə gəlinib.
Aysel