“Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”

“Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”
SİYASƏT
23:05 27.05.2022
442
"Mən çox şadam ki, xaricdə yaşayan azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar, işləyirlər. Bu platformanın həyata keçirilməsində əlbəttə ki, xaricdə yaşayan soydaşlarımız da mühüm rol oynayıblar”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbətində deyib.

"Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlıların Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.

Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.

Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.

Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
13:33 08.10.2026
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
13:22 08.10.2026
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
13:00 08.10.2026
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
12:39 08.10.2026
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
12:35 08.10.2026
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
12:32 08.10.2026
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
12:29 08.10.2026
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı