‘Çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı’ – İlham Əliyevdən başsağlığı məktubu

SİYASƏT
18:10 25.07.2014
1055

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

AZXEBER.COMAzərTAc-aistinadənxəbərverirki, məktubdadeyilir:

"Hörmətli cənab Prezident,

“Air Algerie” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

OXŞAR XƏBƏRLƏR